“Beşiktaş”ın futbolçusu “Cenoa”da – rəsmi
01.02.2025 - 19:55
“Beşiktaş”ın futbolçusu “Cenoa”da – rəsmi

İtaliya A Seriyası komandalarından “Cenoa” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, klub “Beşiktaş”ın üzvü Cin Onananı transfer edib.

Bu barədə İtaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Cenoa” futbolçunu mövsümün sonuna kimi icarəyə götürüb.

Xatırladaq ki, Onana “Beşiktaş”a 4 milyon avro qarşılığında Fransanın “Lens” komandasından transfer olunmuşdu.

Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi bu mövsüm “qara qartallar”ın heyətində 6 rəsmi matça çıxıb. 

writer photo
Əlirza Əlirzalı
0