Dünyanın ən güclü klubu adına namizədlər açıqlandı
21.11.2023 - 18:09
Dünyanın ən güclü klubu adına namizədlər açıqlandı

2023-cü ilin ən yaxşı klubu adına namizədlər açıqlanıb.

Apasport.az xəbər verir ki, “Globe Soccer Awards” mükafatına 20 klub iddia edir.

Bu komandalar “Əl-Əhli” (Misir), “Əl-Hilal”, “Əl-İttihad” (Səudiyyə Ərəbistanı), “Arsenal”, “Mançester Siti”, “Vest Hem” (hamısı İngiltərə),  “İnter”, “Napoli”, “Roma” (hamısı İtaliya), PSJ (Fransa), “Sevilya”, “Barselona” (hər ikisi İspaniya), “Union”, “Bavariya” (hər ikisi Almaniya), “Benfika” (Portuqaliya), “Boka Xuniors” (Argentina), “Feyenord” (Niderland), “Fluminense” (Braziliya), “Urava Red Daymond” (Yaponiya), “Vidad”dır (Mərakeş). Qalibin adı 2024-cü il yanvarın 19-da keçiriləcək mükafatlandırmada bəlli olacaq. Tədbir BƏƏ-nin Dubay şəhərində baş tutacaq.

Qeyd edək ki, 2022-ci ilin ən yaxşısı "Real" olub.

writer photo
Əlirza Əlirzalı
0