Erik Dayer "Bavariya"da
10.01.2024 - 18:25
Erik Dayer "Bavariya"da

"Bavariya" ingilis müdafiəçinin transferini razılaşdırıb.

Apasport.az xəbər verir ki,  Münhen təmsilçisi "Tottenhem"in və İngiltərə millisinin müdafiəçisi Erik Dayerin transferi ilə bağlı şifahi razılığa gəlib.

Keçidin qiyməti təxminən 4 milyon avro olacaq. Müqavilə “1+1” sxemi üzrə imzalanacaq.
Dayer 2014-cü ilin yayında "Sportinq"dən "Tottenhem"ə keçib. Onun ingilislərlə razılaşması mövsümün sonunda başa çatırdı. 

Qeyd edək ki, 29 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 4 oyun keçirib.

writer photo
Əlirza Əlirzalı
0