Fatih Terimin baş məşqçisi olduğu "Panatinaikos" Yunanıstan kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Atromitos"a 2:1 hesabı ilə uduzub.
Apasport.az xəbər verir ki, Aitor 11-ci dəqiqədə "Panatinaikos"u hesabda önə keçirib.
“Qalatasaray”ın sabiq futbolçusu Saşa İlıcın çalışdırdığı “Atromitos”un qollarını 25-ci dəqiqədə Karol Angielski, 42-ci dəqiqədə isə Denzel Jubitana vurub. Beləliklə, 70 yaşlı mütəxəssis "Panatinaikos"u idarə edərkən ilk məğlubiyyətini yaşayıb.
"Yaşıl-ağlı" komandanın yeni transferləri - "Fənərbaxça"dan icarəyə götürdüyü Səməd Akaydın və "Trabzonspor"dan transfer olunan Anastasios Bakasetas ilk 11-də meydana çıxıb.
Qeyd edək ki, oyunun cavab görüşü yanvarın 31-də oynanılacaq.