"Fənərbaxça" Cekonu ingilis futbolçu ilə əvəzləyəcək - İddia
28.02.2024 - 13:07
"Fənərbaxça" Cekonu ingilis futbolçu ilə əvəzləyəcək - İddia

"Fənərbaxça"nın forvardı Edin Cekonu ingilis hücumçuya dəyişəcəyi iddia edilir.

Apasport.az Türkiyə mətbutına istinadla xəbər verir ki, 2023-24 mövsümündə "Fənərbaxça"ya keçən Edin Ceko mövsümün sonunda "sarı-lacivərdlilər"dən ayrıla bilər.

İstanbul klubundan öncə "Əl-Hilal"dan təklif alan hücumçunun mövsümün sonunda Səudiyyə Ərəbistanına transfer olma ehtimalı var.

Digər tərəfdən, "Fənərbaxça"nın da Cekonun alternativini müəyyən etdiyi iddia edilib.

“Bülbüllər" təcrübəli hücumçunun komandadan ayrılacağı təqdirdə "Arsenal"dan Eddi Nketiahı transfer edəcək.

İstanbul nəhəngi ingilis futbolçu üçün "Kristal Palas" və "Borussiya Dortmund"la mübarizə aparacaq. 

Bu mövsüm bütün turnirlərdə 32 matça çıxan Eddi Nketiah 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. 24 yaşlı futbolçunun "Arsenal"la müqaviləsi 2027-ci ilə qədərdir.

writer photo
Əlirza Əlirzalı
0