"Fənərbaxça"nın Çempionlar Liqası heyəti açıqlanıb: Fred yoxdur
02.08.2024 - 23:22
"Fənərbaxça"nın Çempionlar Liqası heyəti açıqlanıb: Fred yoxdur

"Fənərbaxça" Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Fransanın "Lill" klubu ilə qarşılaşacaq.

Apasport.az xəbər verir ki, İstanbul nəhənginin iştirak ərizəsinə daxil edilən futbolçuların adları açıqlanıb.

Komandadan ayrılması gözlənilən Rayan Kentlə zədəli Fredin adları siyahıdan çıxarılıb. Əvəzində Miha Zayts və yeni transfer Youssef En-Nesiri iştirak ərizəsinə əlavə edilib.

Qeyd edək ki, oyunun başlamasına 24 saat qalmış klublar daha 2 dəyişiklik etmək haqqına sahibdir. 

writer photo
Əlirza Əlirzalı
0