"Fənərbaxça"nın sabiq baş məşqçisi xəstəxanalıq oldu
28.02.2024 - 14:58
"Fənərbaxça"nın sabiq baş məşqçisi xəstəxanalıq oldu

"Fənərbaxça"nın keçmiş baş məşqçisi Zdenek Zeman fevralın 19-da keçirdiyi əməliyyatdan sonra yenidən xəstəxanaya yerləşdirilib.

Apasport.az İtaliya mətbuatına istinadla xəbər verir ki, 76 yaşlı məşqçinin karotid arteriyasına qoyulan stentlərdən birində problem olduğu və ikinci dəfə əməliyyat oluna biləcəyi bildirilib.

Zeman yaşadığı problemlərdən 10 gün əvvəl əməliyyat olunub. Çexiyalı məşqçi bərpa prosesinin 4-6 ay çəkə biləcəyini nəzərə alaraq İtaliya C Seriyasının "Peskara" komandasındakı işini tərk edib.

Qeyd edək ki, Zdenek Zeman 1999-2000 mövsümündə də "Fənərbaxça"nın baş məşqçisi olub. "Sarı-göylər"in rəhbəri kimi 11 oyun keçirən çexiyalı çalışdırıcı 3 qələbə, 5 heç-heçə, 3 məğlubiyyət əldə edib. 

writer photo
Əlirza Əlirzalı
0