Futbol federasiyasında KOBUD SƏHV
18.11.2022 - 15:23
Futbol federasiyasında KOBUD SƏHV

“Mançester Yunayted”in qapıçısı David de Xeanın DÇ-2022-də iştirak etməməsinin səbəbi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, təcrübəli qolkiperin mundaldan kənar düşməsi İspaniya Kral Futbol Federasiyasının kobud səhvi nəticəsində olub.

Qurumda de Xeanın milli karyerasını başa vurduğunu düşünüblər. Hətta federasiya prezidenti Luis Rubiales ona zəng vuraraq yığma karyerasını başa vurmasından danışıb. Qolkiper isə buna təəccüblənib və belə addım atmadığını bildirib. O, dəvət alacağı halda yenidən millidə oynayacağını da gizlətməyib. Baş məşqçi Luis Enrike de bunu texniki məsələ adlandırıb.

Qeyd edək ki, Qətərdəki DÇ-2022-də İspaniya yığmasının heyətində qapıçılardan Unai Simon, Robert Sançes və David Rayya yer alıb.
 

writer photo
Əlirza Əlirzalı
0