Kontenin istəyi
03.09.2022 - 17:22
Kontenin istəyi

“Tottenhem”in baş məşqçisi Antonio Kontenin klub rəhbərliyindən istəyi məlum olub.

Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis daha üç transfer istəyir.

Konte bunun çempionluq üçün mübarizə aparmaq baxımından vacibliyini düşünür: “Transfer pəncərəsinin son günündə 80-100 milyonluq futbolçu alırsansa, üstünlük qazanırsan. Bu o deməkdir ki, top-oyunçunuz var. Azad agent və ya icarəyə götürülən futbolçu başqa şeydir. Transfer dövründə bacardığımızı etdik. Top-komandalara baxanda onlardan nə qədər uzaq olduğumuzu görürəm. Premyer Liqada titul və Çempionlar Liqasına vəsiqə üçün mübarizə aparmağa ən azı üç transfer lazımdır”.

Qeyd edək ki, 5 oyunda 11 xal toplayan “Tottenhem” hazırda turnir cədvəlində üçüncüdür.
 

writer photo
Əlirza Əlirzalı
0