Kundenin “Barselona” arzusu
15.06.2022 - 16:06
Kundenin “Barselona” arzusu

“Sevilya”nın müdafiəçisi Jül Kunde “Barselona”ya keçmək istəyir.

Apasport.az saytının məlumatına görə, Fransa millisinin üzvü bu səbəbdən “Çelsi” və “Nyukasl”la danışıqları dayandırıb.

23 yaşlı mərkəz müdafiəçisi “Sevilya” rəhbərliyinə Kataloniya klubuna keçmək arzusunda olduğunu bildirib. “Barsa”nın baş məşqçisi Xavi də onu sərəncamında görmək istədiyini klub prezidenti Joan Laportaya çatdırıb.

Əndəlüslər oyunçusunun gedişindən 65-70 milyon avro qazanmağı planlaşdırır. “Barselona” isə məbləği aşağı salmağa çalışır. Müdafiəçi Serjinyo Dest və ya yarımmüdafiəçi Fransisko Trinkao da razılaşmaya daxil edilə bilər.

Qeyd edək ki, Jül Kunde ötən mövsüm 44 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə verib.

writer photo
Əlirza Əlirzalı
0