Lavia “Çelsi”ni seçdi
14.08.2023 - 22:06
Lavia “Çelsi”ni seçdi

Gənc futbolçu Romeo Lavia seçimini edib.

Apasport.az-ın məlumatına görə, 19 yaşlı futbolçu karyerasını “Çelsi”də davam etdirəcək.

Lavia ilə “Liverpul” da maraqlansa da, o, London klubunu seçib. Hər iki komanda onun çıxış etdiyi “Sautgempton”a 60 milyon ödəməyə hazır idi. Sadəcə belçikalı yarımmüdafiəçinin seçimi son sözünü deyib.

Qeyd edək ki, Lavia ötən mövsümdə “Sautgempton” heyətində 35 oyun keçirib.

 

writer photo
Əlirza Əlirzalı
0