"Liverpul"un hücumçusu PSJ ilə danışıqlara başlayıb
21.03.2024 - 17:21
"Liverpul"un hücumçusu PSJ ilə danışıqlara başlayıb

Kolumbiya millisinin və "Liverpul"un hücumçusu Luis Diazın Fransa çempionatında işləmək imkanı var.

Apasport.az xəbər verir ki, PSJ futbolçunu transfer etməkdə maraqlıdır.

Liqa 1 çempionunun nümayəndələri cənubi amerikalı ilə danışıqlara başlayıb. 27 yaşlı kolumbiyalının potensial transfer məbləği 75 milyon avro ola bilər.

Diaz və "Liverpul" arasındakı hazırkı müqavilə 2027-ci ilin iyunun sonunda başa çatır. İngiltərə Premyer Liqasının bu mövsümündə hücumçu 27 matça çıxıb. Diazın aktivində 6 qol və 3 məhsuldar ötürmə var.

writer photo
Əlirza Əlirzalı
0