“Mançester Siti”dən Qvardiola qərarı
12.10.2023 - 12:22
“Mançester Siti”dən Qvardiola qərarı

"Mançester Siti" rəhbərliyi baş məşqçinin işindən razıdır.

Apasport.az xəbər verir ki, “şəhərlilər” Pep Qvardiola ilə müqavilənin uzadılmasına hazırlaşır.

Klub rəhbərliyi 52 yaşlı məşqçinin 2027-ci ilin yayına kimi komandada qalmasını istəyir. İspan mütəxəssis 2016-cı ildən Mançester təmsilçisnə rəhbərlik edir.

Qeyd edək ki, “Mançester Siti” ötən mövsüm Premyer Liqa çempionluğu ilə yanaşı, Çempionlar Liqasının da qalibi olub. Yeni mövsümdə 8 matça çıxan komanda topladığı 18 xalla turnir cədvəlinin 3-cü pilləsində yer alır.

writer photo
Əlirza Əlirzalı
0