"Mançester Yunayted"də ixtisarlar başlayır
27.12.2023 - 11:31
"Mançester Yunayted"də ixtisarlar başlayır

“Mançester Yunayted” klubunun rəhbərliyi işçilərin bir qişmini ixtsar etməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, bu ideyanın sahibi komandanın yeni həmsahibi Cim Ratkliffdir.

71 yaşlı biznesmen 300 nəfəri klubdan uzaqlaşdırmağı planlaşdırır. Ratkliff optimallaşdırma aparmaq üçün auditorlardan “qırmızı şeytanlar”ın strukturunu və xərclərini qiymətləndirməyi xahiş edib. O, 1000 nəfərlik ştatı 25-30 faiz azaltmaq niyyətindədir.

Qeyd edək ki, yeni həmsahibin rəhbəri olduğu  “INEOS” şirkəti bundan sonra “Mançester Yunayted”də bütün futbol əməliyyatlarına cavabdeh olacaq.
 

writer photo
Əlirza Əlirzalı
0