“Mançester Yunayted”in gözü milli üzvündə
01.11.2022 - 18:20
“Mançester Yunayted”in gözü milli üzvündə

“Mançester Yunayted” İngiltərə millisinin futbolçusu Maks Aronsu heyətinə qatmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, “Norviç”in müdafiəçisi qış transfer pəncərəsində Premyer Liqa klubuna keçə bilər.

Mançesterlilər ona Dioqo Dalotun əvəzləyicisi gözü ilə baxır. Portuqaliyalı müdafiəçi komandanı tərk etməyə yaxın olduğu üçün onun mövqeyinə Maks namizəddir.

22 yaşlı futbolçunun “Norviç”lə anlaşması 2024-cü ilin yayında başa çatacaq. Onun transfer qiyməti 18 milyon avro ilə dəyərləndirilir.

Qeyd edək ki, Arons mövsümün 19 matçında 1 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0