Bundesliqanın “Köln” – “Bavariya” matçında maraqlı hadisə qeydə alınıb.
Apasport.az xəbər verir ki, səfərdə rəqibini minimal hesabla (1:0) məğlub edən Münhen klubunda baş məşqçi Tomas Tuxel əvəzetməyə ehtiyac duymayıb.
Komandasının oyunundan razı qalan 50 yaşlı mütəxəssis matçı başladığı heyətlə də başa vurub. Bu vəziyyət son dəfə 2010-cu ildə qeydə alınıb. O zaman klubun sükanı arxasında olan Lui van Qal “Sent-Pauli” (3:0) ilə qarşılaşmanı əvəzetməsiz başa vurub.
Qeyd edək ki, çempionatda keçirdiyi 12 matçda 10 qələbə və 2 heç-heçəyə nail olan “Bavariya” hazırda 32 xalla turnir cədvəlinin ilk pilləsində yer alır.