Messinin həyatının ən ağır dönəmi – özü açıqladı
26.09.2022 - 16:24
Messinin həyatının ən ağır dönəmi – özü açıqladı

PSJ-nin hücumçusu Lionel Messi həyatının ən çətin dönəmindən bəhs edib.

Apasport.az saytının məlumatına görə, argentinalı superulduz ötən mövsümü ən ağır il kimi xatırlayır.

O, “Barselona”dan Paris klubuna yeni keçdiyi üçün ora uyğunlaşmaqda çətinlik çəkdiyini etiraf edib: “Ötən il mənim üçün çətin oldu. PSJ-yə keçmək böyük dəyişiklikdir, çünki eyni yerdə çox vaxt keçirmişdim. Barselona mənim evimdir, orada hər şeyi bilirdim. Ailəm də uyğunlaşmalı idi. Ancaq bu mövsüm fərqli olacağını bilirdim. İndi daha yaxşı vəziyyətdəyəm, oyunlardan həzz alıram”.

Qeyd edək ki, Lionel Messinin PSJ ilə müqavilə müddəti mövsümün sonuna qədərdir.

writer photo
Əlirza Əlirzalı
0