"Milan"la matçda "Latsio"nun 3 futbolçusu meydandan qovulub
02.03.2024 - 13:27
"Latsio"nun "Milan"la oyununda 3 futbolçusu meydandan qovulub.
Apasport.az xəbər verir ki, meydanı ilk tərk edən 57-ci dəqiqədə qırmızı vərəqə görən Luka Pelleqrini oldu.
Romalılar azlıqda uzun müddət qolsuz heç-heçə etdilər, lakin Noa Okafor qonaqları önə keçirdi.
Matçın qalan dəqiqələrində Adam Marusic və Matteo Guendouzi meydandan qovulub.
Beləliklə, Mauritsio Sarrinin komandası son dəqiqələri 8 futbolçu ilə keçirib. Hesab isə eyni qalıb – 0:1.
Qeyd edək ki, “Latsio” 40 xalla A Seriyasının turnir cədvəlində 9-cudur. “Milan” 56 xalla üçüncü pillədə qərarlaşıb.
0
0