Modriç “Real”da xoşbəxt deyil - "Əl-Hilal"dan təklif var
06.10.2023 - 13:49
Modriç “Real”da xoşbəxt deyil - "Əl-Hilal"dan təklif var

Səudiyyə Ərəbistanına gedən məşhur futbolçular karvanına daha biri qoşulur.

Apasport.az xəbər verir ki, "Real"ın yarımmüdafiəçisi Luka Modriç Ərəbistan yarımadasına köçə bilər.

Sözügedən ölkənin “Əl Hilal” klubu hələ yayda 38 yaşlı mərkəz yarımmüdafiəçisini heyətə cəlb etmək istəsə də, xorvatiyalı bu keçiddən imtina etmişdi. Ancaq yeni mövsümdə Madrid klubunda az oyun keçirməsi Lukanın fikrinin dəyişməsinə səbəb olub. O daha çox ABŞ-a getməyi arzulasa da, ərəblərin iki mövsüm üçün 200 milyon avroluq müqavilə təklif etməsi oyunçuya cazibədar gəlib.

Qeyd edək ki, 2012-ci ildə “Real” forması geyinən Modriç bu mövsüm 8 matçda iştirak edib.

writer photo
Əlirza Əlirzalı
0