Neymar: “Messiyə dedim ki, çempion olacam”
17.11.2022 - 13:24
Neymar: “Messiyə dedim ki, çempion olacam”

Braziliya millisinin futbolçusu Neymarın PSJ-dəki komanda yoldaşları Lionel Messi və Kilian Mbappe ilə DÇ-2022 barədə söhbətinin təfərrüatı bəlli olub.

Apasport.az saytının məlumatına görə, bunu “pentakampeonlar”ın ulduzunun özü açıqlayıb.

O bildirib ki, komanda yoldaşlarına Qətərdəki çempionluğun kimin olacağını deyib: “Dünya çempionu olmaq mənim ən böyük xəyalımdır. Bu, mənim futbolun nə olduğunu dərk etdiyim vaxtdan belədir. İndi mənim bu mükafatı qazanmaq üçün daha bir şansım var. Ümid edirəm ki, hər şey alınacaq. Messi və Mbappe ilə xüsusi müzakirələr aparmamışıq. Amma finalda qarşılaşa biləcəyimiz barədə zarafatlarımız olub. Messiyə dedim ki, ona qalib gəlib çempion olacam. Sonra da gülüşdük. Messi və Mbappe ilə oynamaq zövq verir. Onlardan iki böyük oyunçudur. Messi artıq çoxdan dünyanın ən yaxşısı sayılır. Mbappe isə inkişaf edən və potensialını göstərən gənc futbolçudur. Amma hələ çox artıra bilər”.

Qeyd edək ki, DÇ-2022-yə noyabrın 20-də start veriləcək.
 

writer photo
Əlirza Əlirzalı
0