Paytaxt klubundan 15 milyonluq transfer
19.07.2022 - 17:17
Paytaxt klubundan 15 milyonluq transfer

“Tottenhem” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az-ın London klubunun rəsmi saytına istinadən məlumatına görə, Premyer Liqa təmsilçisi “Midlsbro”nun müdafiəçisi Ced Spensi transfer edib.

21 yaşlı futbolçunun keçidi “Tottenhem”ə 15 milyon avroya başa gəlib. Bonuslarla birlikdə paytaxt klubu ümumlikdə 23,6 milyon avro xərcə düşə bilər. İngiltərəli oyunçu yeni komandası ilə 5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Ced Spens ötən mövsümü icarə əsasında “Nottingem Forest”də keçirib, 46 oyunda 3 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0