Portuqaliyada Orkun Kökçünün gecəsi
25.08.2024 - 15:48
Portuqaliyada Orkun Kökçünün gecəsi

Portuqaliya çempionatının 3-cü turunda "Benfika" evdə "Estrela"nı qəbul edib.

Apasport.az xəbər verir ki, "Stadio da Luz"da oynanan matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Yeganə qolu 19-cu dəqiqədə türkiyəli Orkun Kökçü vurub. Bu, onun mövsümdə ilk qolu olub. Orkun buna qədər 1 asistə müəlliflik edib. 

Qeyd edək ki, xallarını 6-ya çatdıran "qırmızı-ağlar" turnir cədvəlinin 6-cı pilləsində yer alıb. "Estrela" isə 1 xalla 14-cüdür. 

 

writer photo
Əlirza Əlirzalı
0