"Qalatasaray" "Barselona"nın futbolçusunu istəyir
01.06.2024 - 14:51
"Qalatasaray" "Barselona"nın futbolçusunu istəyir

Super Liqa təmsilçilərindən "Qalatasaray" İspaniya klubu "Barselona"nın yarımmüdafiəçisi İlkay Gündoğanı transfer etmək istəyir.

Apasport.az xəbər verir ki, İstanbul klubu 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasında uğurlu çıxış etmək üçün heyətini 33 yaşlı futbolçu ilə gücləndirmək niyyətindədir.

Qeyd edək ki, İ.Gündoğan 2023/2024 mövsümündə "Barselona" klubunun heyətində meydana çıxdığı 51 oyunda 5 qola, 14 məhsuldar ötürməyə imza atıb. "Transfermarkt" portalı futbolçunu 16 milyon avro dəyərində qiymətləndirir.

writer photo
Əlirza Əlirzalı
0