"Real" Vaskeslə müqaviləni uzatdı
14.06.2024 - 12:19
"Real" Vaskeslə müqaviləni uzatdı

La Liqa təmsilçilərindən "Real" futbolçusu Lukas Vaskeslə yeni müqavilə imzalayıb.

Apasport.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. 33 yaşlı yarımmüdafiəçi ilə Madrid təmsilçisi arasındakı sözləşmə 1 illikdir.

Klub Vaskeslə yanaşı, yarımmüdafiəçi Luka Modriç də müqavilənin müddətini 1 illik uzadıb. 

Lukas Vaskes 2007-ci ildən "Real"ın futbolçusudur. O, komandada ümumilikdə 347 matç keçirib.

writer photo
Əlirza Əlirzalı
0