“Real”ın istədiyi hücumçuya 80 milyon qiymət qoyuldu
17.04.2023 - 21:21
“Real”ın istədiyi hücumçuya 80 milyon qiymət qoyuldu

“Real” hücum xəttini Samuel Çukvueze ilə gücləndirməyi planlaşdırır.

Apasport.az saytının məlumatına görə, “Vilyarreal”ın forvardı komandadan gedəcəyi gözlənilən Marko Asensionu əvəzləməlidir.

24 yaşlı nigeriyalının keçidi üçün 80 milyon avro ödənilməlidir. “Vilyarreal” Madrid klubundan bu qiyməti istəyib.

Qeyd edək ki, Çukvueze cari mövsümdə La Liqada 28 oyunda 6 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0