Ronaldonun “Real” qərarı
21.07.2022 - 17:17
Ronaldonun “Real” qərarı

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo yeni klub axtarışını davam etdirir.

Apasport.az saytının məlumatına görə, Portuqaliya millisinin kapitanı 2022/23 mövsümündə Çempionlar Liqasında çıxış edəcək komandalardan birinə keçmək istəyir.

Ancaq onlar arasında sabiq klubu “Real” yoxdur. Çünki 37 yaşlı superulduz İspaniya nəhənginə dönməyi düşünmür. Elə “kral klubu” rəhbərliyi də veteran forvardın qayıtmasında maraqlı deyil.

Qeyd edək ki, Kriştiano Ronaldo 2009-2018-ci illərdə “Real”da çıxış edib. Onun “Mançester Yunayted”lə müqaviləsi 2023-cü ilin yayına qədər olsa da, orada qalmaq fikrində deyil.
 

writer photo
Əlirza Əlirzalı
0