Sakaya ikiqat maaş təklifi
23.07.2022 - 12:03
Sakaya ikiqat maaş təklifi

“Arsenal” yarımmüdafiəçisi Bukayo Sakunu uzun müddət heyətində saxlamaq niyyətindədir.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubu ulduz futbolçuya yaxşılaşdırılmış şərtlərlə yeni müqavilə təklif edib.

Londonlular 21 yaşlı orta sahə oyunçusunun həftəlik 70 min funt sterlinq civarında olan maaşını ən azı iki dəfə artırmağa hazırdır. İngiltərə millisinin üzvü də bu variantı nəzərdən keçirir. “Mançester Siti” Saka ilə maraqlandığından, “topçular” yeni müqavilə imzalamağa tələsir.

Yeni sözləşmə bağlanacağı təqdirdə sərbəst qalma məbləği 100 milyon funt sterlinq olacaq.

Qeyd edək ki, Bukayo Saka ötən mövsüm 43 oyunda 12 qol vurub, 7 məhsuldar ötürmə verib.

writer photo
Əlirza Əlirzalı
0