Super Liqa komandası satışa çıxarıldı
16.01.2024 - 13:51
Super Liqa komandası satışa çıxarıldı

FİFA-dan transfer qadağası alan "Kayserispor" hərəkətə keçib. 

Apasport.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub Kayseri Baş Mühafizə İdarəsinin qərarı ilə hərraca çıxarılacaq. 

İdarədən bildirilib ki, klubun qeydiyyata alınan marka borcuna görə belə qərar verilib. 

Hərrac 20-27 fevral tarixləri arasında keçiriləcək. Əgər bu müddətdə satış baş tutmazsa, ikinci dəfə 14-21 mart tarixləri arasında hərraca çıxarılacaq. 

writer photo
Əlirza Əlirzalı
0