“Tottenhem”də yeni hücumçu
11.07.2023 - 16:17
“Tottenhem”də yeni hücumçu

“Tottenhem” heyətinə yeni futbolçu qatıb.

Apasport.az saytının məlumatına görə, bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.

London təmsilçisi Manor Solomonla müqavilə imzalayıb. İsrail millisinin hücumçusu ilə anlaşma 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Solomon ötən mövsümdə “Şaxtyor”a malik olsa da, icarə əsasında “Fulhem”də çıxış edib.

writer photo
Əlirza Əlirzalı
0