"Trabzonspor"da baş məşqçi postuna namizədlər
08.03.2023 - 14:47
"Trabzonspor"da baş məşqçi postuna namizədlər

"Trabzonspor"un baş məşqçi postuna ən böyük namizəd Sərgən Yalçındır.

Apasport.az xəbər verir ki, Abdullah Avcının istefasından sonra baş məşqçi postuna namizədlər bəlli olub.

Klub prezidenti Ərtuğrul Doğanın ilk olaraq məhz Sərgən Yalçınla görüşəcəyi bildirilir. Onunla anlaşma əldə oluna bilməsə, komanda klubun içərisindəki məşqçilərdən birinə mövsümün sonunadək tapşırılacaq.

Digər namizəd kimi isə "Kayserispor"un gənc baş məşqçisi Çağdaş Atan göstərilir.

writer photo
Əlirza Əlirzalı
0