UEFA-dan AVRO-2024 iştirakçılarına 371 milyon avro
22.11.2023 - 19:46
UEFA-dan AVRO-2024 iştirakçılarına 371 milyon avro

AVRO-2024-ün mükafat fondu bəlli olub.

Apasport.az xəbər verir ki, UEFA, turnir iştirakçılarına ən az 371 milyon avro ödəməyi planlaşdırır.

Bu məbləğ son qitə birinciliyi ilə müqayisədə 23 faiz artım deməkdir. 24 kollektivin iştirakı ilə keçiriləcək turnirin qrup mərhələsindəki qələbəyə görə 1,5 milyon, heç-heçəyə isə 750 min avro veriləcək. 1/8 final mərhələsinə vəsiqə qazanacaq komandalar 2 milyon, 1/4 finalın iştirakçıları 3 milyon 250 min, yarımfinala vəsiqə qazanacaq 4 “xoşbəxt”in hər birinə isə 5 milyon avro veriləcək.
Finalın məğlubu 7 milyon, kuboku başı üzərinə qaldıran komanda isə 10 milyon avronun sahibi olacaq. 
Bu isə o deməkdir ki, 14 iyun-14 iyul 2024-cü ildə Almaniyanın ev sahibliyində keçiriləcək çempionatın qalibi minimum 34 milyon avo qazanacaq.   

writer photo
Əlirza Əlirzalı
0