UEFA Millətlər B Liqasının ikinci matçında Türkiyə İslandiyanı Kerem Aktürkoğlunun qolları ilə 3:1 məğlub edib.
Apasport.az xəbər verir ki, qarşılaşmadan sonra millinin baş məşqçisi Vinçenzo Montella qələbəni dəyərləndirib.
Montella oyun barədə bunları deyib: "Matçdan əvvəl dediyim kimi, gözəl bir gecə keçirmək istəyirdik. Bəzən yorulsaq da, çox yaxşı qalib gəldik. Bu qələbəni türk xalqına həsr edirik".
Təcrübəli mütəxəssis matçda het-trik edən Kerem Aktürkoğlunun çıxışı ilə bağlı bunları söyləyib: "Azarkeşlərimizə, Kerem və komandaya görə sevinirəm. Müsbət qeydlər var, Keremin qolları bunlardan biridir. Onunla əvvəl danışmışıq. Matçda "sizi daha rahat görürəm" demişdim. Bu gün də qollarını vurdu. Çox vacib bir qələbə idi. Əla bir performans göstərdi. Onun qol vura biləcəyini düşünürdüm. Buna çox sevindim".