Okan Buruk: "Yorğunluğumuz bizi geri çəkilməyə məcbur etdi"
23.10.2025 - 00:12
Okan Buruk: "Yorğunluğumuz bizi geri çəkilməyə məcbur etdi"

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Çempionlar Liqasında "Bodo-Qlimt"lə (3:1) matçdan sonra mühüm açıqlamalar verib.

Apasport.az xəbər verir ki, Buruk qarşılaşmanı belə şərh edib:

"Oyunöncəsi planlarımız nəticə ilə üst-üstə düşdü. İlk hissədə çox daha enerjili və aqressiv idik. Yalnız bir şans verdik. İkinci hissədə rəqibin gedişləri və öz yorğunluğumuz bizi geri çəkilməyə məcbur etdi. Rəqibimizin çıxışını da təqdir etməliyik”.