Firmino karyerasını Qətərdə davam etdirəcək
13.07.2025 - 17:17
“Liverpul”un sabiq futbolçusu Roberto Firmino karyerasını Qətərdə davam etdirəcək.
Apasport.az xəbər verir ki, braziliyalı hücumçu “Əl Sədd”lə razılaşıb. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
33 yaşlı hücumçu tezliklə yeni klubu ilə sözləşmə imzalayacaq.
Qeyd edək ki, braziliyalı forvard 2023-cü ildən Səudiyyə Ərəbistanının “Əl-Əhli” komandasının formasını geyinirdi. O, 65 matçda 21 qol vurub və 17 məhsuldar ötürmə edib.
- Ceko yenidən İtaliyaya qayıda bilər
- TFF "Fənərbaxça" və "Qalatasaray"ı derbiyə görə cəzalandırdı
- Boksçularımız Rusiyadakı turnirdə yarımfinala vəsiqə qazanıblar
- "Fənərbaxça" - "Samsunspor" matçından sonra futbolçular arasında dava düşüb - VİDEO
- Şesni “Osasuna” ilə oyunda “Barselona”ya kömək edə bilməyəcək
0
0