Abdulbari Gözəl: “Uğurumuzu davam etdirəcəyik”
17.05.2022 - 19:37
Abdulbari Gözəl: “Uğurumuzu davam etdirəcəyik”

“Bu gün bizim üçün çox qürurverici gündür”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın fəxri prezidenti Abdulbari Gözəl komandanın Premyer Liqa çempionluğunu qeyd etdiyi tədbir zamanı deyib.

Ağdam klubunun sahibi builki uğurun onlar üçün daha böyük önəm kəsb etdiyini vurğulayıb: “Biz iki cəhətdən çox xoşbəxtik. Əvvəla ona görə ki, həmişə azad olunmuş Qarabağı təmsil etmək istəyirdik. Cənab Prezident İlham Əliyev 44 günlük müharibə ilə bizi qələbəyə doğru yönəltdi, Qarabağı işğaldan azad etdi. Biz də artıq azad Qarabağı təmsil edirik. 2001-ci ildə Ulu öndər Heydər Əliyevin qəbulda olanda o dedi ki, “Qarabağ” adlı klub olsun. Üzərimizə çox böyük məsuliyyət qoydu. Ona görə əlimizdən gələnin ən yaxşısını etdik”.

O, 9-cu çempionluğa görə, baş məşqçi Qurban Qurbanov və futbolçulara təşəkkür edib: “Bir yerdə düzgünlük yoxdursa, uğur da olmur. Qurban müəllimin də niyyəti pakdır. O, pak niyyətlə “Qarabağ”ı çempion etdi. Bu gözəl günləri bizə yaşatdıqları üçün futbolçularıma təşəkkür edirəm. Tahir bəyə, Əmrah bəyə, Qurban bəyə, hər bir əməkdaşımıza təşəkkür edirəm. Biz bu uğurumuzu davam etdirəcəyik”.
 

writer photo
Röyanə Oğuz
0