“Qarabağ” 9-cu çempionluğu qeyd etdi - FOTOLENT
17.05.2022 - 19:33
“Qarabağ” 9-cu çempionluğu qeyd etdi - FOTOLENT

2021/22 mövsümündə Azərbaycan Premyer Liqasının qalibi olan “Qarabağ” çempionluğu qeyd edib.

Apasport.az saytının məlumatına görə, tədbir “Dream Land”da baş tutub.

Mərasimdə Ağdam klubunun fəxri prezidenti Abdulbari Gözəl, prezidenti Tahir Gözəl, direktor Əmrah Çəlikəl, həmçinin məşqçi korpusu, futbolçu heyəti, klub nümayəndələri və qonaqlar iştirak edib.

Tədbir “Qarabağ” barədə videoroliklə başlayıb. Burada Ağdam klubunun ərzində keçdiyi yola, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə yer verilib.

Ardından “Qarabağ”ın prezidenti Tahir Gözəl klubun sahibinə 19 nömrəli forma hədiyyə edib. Bu da onların klubda fəaliyyətinin 19-cu ili ilə bağlı olub. 

Əmrah Çəlikəlin bildirib ki, burada fəaliyyətə 2003-cü ildə Tahir Gözəllə birgə başlayıb: “Ümumilikdə 9-cu, bizim isə 8-ci çempionluğumuzdur. Hamını təbrik edirəm”.

Tədbirin ən yaddaqalan hissələrindən biri “Qarabağ” futbolçularının musiqinin müşayiəti ilə “Anadır arzulara hər zaman Qarabağ”ı oxuması olub. Ardından komandanın vitse-kapitanı Qara Qarayev bu mahnını tək oxuyub.

Əmrah Çəlikəl klub prezidenti Tahir Gözələ “Qarabağ” futbolçularının imzası olan formanı hədiyyə edib.

Sonda kollektiv çempionluq tortunu kəsib.
 

writer photo
Röyanə Oğuz
0