“6 xalla B liqasına yüksələcəyik” – monteneqrolu müdafiəçi
10.11.2020 - 00:00
“6 xalla B liqasına yüksələcəyik” – monteneqrolu müdafiəçi

“Qarşıda iki çox vacib oyunumuz var”.

Apasport.az saytının məlumatına görə, bunu Monteneqro millisinin futbolçusu Saşa Baliç deyib.

Millətlər Liqasının son iki turunda Azərbaycan və Kiprlə qarşılaşacaq balkanlıların müdafiəçisi bugünkü açıq məşqdən öncə jurnalistlərin suallarını cavablandırıb. O, iki matçda 6 xal qazanacaqlarından danışıb: “Ümid edirik ki, Lüksemburq bir matçda xal itirəcək. Biz isə qazanılacaq 6 xalla B liqasına yüksələcəyik. 5 ildən sonra yenidən yığmaya çağırıldığım üçün xoşbəxtəm. Ölkənin gerbi olan formanı geyinmək qürurvericidir. Özümü yaxşı tərəfdən göstərmək lazımdır ki, komandanın bir parçasına çevrilim. 5 ildə bütün oyunları izləmişəm. Komanda çox dəyişib. Güclü liqalarda çıxış edən yeni və gənc futbolçular var. Məqsəd bəllidir: ən yaxşı oyunumuzu göstərməliyik. Çünki ölkənin rəmzlərinin yer aldığı formanı daşıyırıq”.

0