“Arsenal”dan müqavilə təklifi – 2025-ci ilədək
07.11.2020 - 23:06
İngiltərənin “Arsenal” klubu Dominik Soboslainin transferi ilə bağlı danışıqlara başlayıb.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi yarımmüdafiəçinin çıxış etdiyi Avstriya “Zalsburq”una rəsmi təklif göndərib.
Londonlular 20 yaşlı macarıstanlını qış transfer dövrümdə heyətində qatmaqda maraqlıdır. “Arsenal” Dominikə 2025-ci ilə qədər nəzərdə tutulan müqavilə təklif edib. Anlaşmanın şərtlərində sonradan daha bir il müddətinə uzadılma bəndi də yer alıb.
Qeyd edək ki, macarıstanlı İtaliya “Milan”ının da maraq dairəsindədir.
0
0