“Ayaks”dan Bundesliqaya – 4 illik müqavilə
12.03.2021 - 15:22
Niderlandın “Ayaks” klubunun futbolçusu Brayan Brobbey karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, 19 yaşlı hücumçu “Leypsiq”lə müqavilə imzalayıb.
O, yayda yeni klubuna azad agent kimi qoşulacaq. Niderlandlı forvard 4 illik anlaşmaya imza atıb.
Qeyd edək ki, Brobbey cari mövsüm “Ayaks”da 11 oyuna 4 qol vurub.
0
0