“Barselona” müdafiəçisini satır – 60 milyona
11.03.2021 - 00:36
“Barselona” müdafiəçisini satır – 60 milyona

İspaniyanın “Barselona” klubu futbolçusu Serxi Robertonu satmağa razılıq verib.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi müdafiəçini satacağı qiyməti də müəyyənləşdirib.

Barselonanın eyniadlı klubu Roberto üçün 60 milyon avro istəyir. İspaniyalının müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.

Qeyd edək ki, Serxi cari mövsümdə 8 oyunda 1 qol və 2 assistə imza atıb.