“Real”la “Barselona” arasında bu gün keçiriləcək “El Klasiko” öncəsi komandaların formasını geyinmiş oyunçuların qarışığından simvolik “11-lik” qurulub.
Apasport.az saytının məlumatına görə, rəmzi komandada hər iki tərəfdən eyni sayda oyunçu yer alıb.
Həm “Real”, həm də “Barselona”nın 5 üzvü özünə heyətdə yer tapa bilib. Braziliyalı Ronaldo isə əzəli rəqiblərin hər ikisinin formasını geyinib.

Qapıçı: İker Kasilyas (“Real”)
Mərkəz müdafiəçiləri: Serxio Ramos (“Real”), Karles Puyol (“Barselona”)
Sol cinah müdafiəçisi: Roberto Karlos (“Real”)
Sağ cinah müdafiəçisi: Dani Alves (“Barselona”)
Yarımmüdafiəçilər: Xavi Ernandes (“Barselona”), Zinəddin Zidan (“Real”), Andres İnyesta (“Barselona”)
Sol cinah vinger: Kriştianu Ronaldo (“Real”)
Sağ cinah vinger: Lionel Messi (“Barselona”)
Hücumçu: Ronaldo (“Barselona”/“Real”)