"Buffon "Yuventus"u çalışdıra bilər" - meneceri
09.07.2020 - 17:18
"Buffon "Yuventus"u çalışdıra bilər" - meneceri

"Yuventus"un qapıçısı Canluici Buffon məşqçiliyə başlaya bilər.

Apasport.az saytının məlumatına görə, bunu veteran qolkiperin meneceri Silvano Martina deyib.

O bildirib ki, 42 yaşlı qapıçı karyerasını bitirdikdən sonra "Yuventus"da məşqçilik edə bilər: "Məncə, Buffon məşqçi olmalıdır. Futbolu başa düşür, paltardəyişmə otağını idarə etmək təcrübəsi var. Fikrimcə, Buffon "Yuventus"u çalışdır bilər".

Qeyd edək ki, Buffonun "Yuventus"la müqavilə müddəti gələn ilin yayına qədərdir.