“Çelsi”dən gedir – Hakim
15.02.2021 - 16:59
İngiltərənin “Çelsi” klubunun futbolçusu Hakim Zieş London təmsilçisindən ayrılmağa qərar verib.
Apasport.az saytının məlumatına görə, buna 27 yaşlı mərakeşli yarımmüdafiəçinin komandadakı durumudur.
Baş məşqçi Tomas Tuxel afrikalı legionerə ehtiyat oyunçu kimi baxır. Bu da Hakimin ürəyincə deyil.
O, yay transfer pəncərəsində klubunu dəyişmək niyyətindədir. Zieşlə İtaliya təmsilçiləri “Yuventus”la “Milan” maraqlanır.
Qeyd edək ki, cari mövsüm 19 oyunda şans qazanan Zieş 2 qol vurub.
- İlin ən yaxşı məşqçisi seçilib - Qvardiola 3-cü olub
- Joze Mourinyo hakimlik haqda: ”Belə bir şey görməmişəm”
- Arda Turan "Beşiktaş"a keçidi ilə bağlı: “Həmişə Qalatasaray”lı olduğumu söyləmişəm”
- Duşan Tadiç: "Kişi kimi məsuliyyəti boynumuza götürməliyik"
- “Ankaragücü” baş məşqçisi ilə yollarını ayırıb
0
0