“Cenoa”dan ayrıldı, doğma klubuna qayıtdı – niderlandlı yarımmüdafiəçi
13.02.2021 - 16:30
İtaliyanın “Cenoa” klubunun futbolçusu Lassa Şonenin yeni komandası bəlli olub.
Apasport.az saytının məlumatına görə, niderlandlı yarımmüdafiəçi karyerasını vətənində davam etdirəcək.
Ötən ay A seriyası təmsilçisi ilə vidalaşan Lassa “Herenven”ə keçib. “Ayaks”dakı çıxışları ilə tanınan veteran 15 ildən sonra doğma komandasına qayıdıb. 34 yaşlı futbolçu klubun sonunadək müqavilə imzalayıb.
Qeyd edək ki, Şone 2002-06-cı illərdə “Herenven”də oynayıb.
0
0