“Gücümü hiss etmək üçün buna ehtiyacım yoxdur” – İbrahimoviç “Qızıl top” haqda
09.11.2020 - 14:20
“Gücümü hiss etmək üçün buna ehtiyacım yoxdur” – İbrahimoviç “Qızıl top” haqda

İtaliyanın “Milan” klubunun futbolçusu Zlatan İbrahimoviçin fərdi mükafatlara münasibəti bəlli olub.
 
Apasport.az saytının məlumatına görə, 39 yaşlı isveçli hücumçu komanda uğurunun daha vacib olduğu qənaətindədir.
 
Skandinaviyalı “Qızıl top” barədə sualı belə cavablandırıb: “Fərdi mükafatlar və bənzər titullar yaxşı seydi. Amma öz gücümü hiss etmək üçün buna ehtiyacım yoxdur. Oynayıram və bütün qüvvəmlə çalışıram ki, komanda yoldaşlarıma kömək edim. Vəssalam!”.