“Keşlə” ilə oyuna xüsusi formada çıxacaq – “Sabah”
02.10.2020 - 15:04
“Keşlə” ilə oyuna xüsusi formada çıxacaq – “Sabah”

“Sabah” klubu Azərbaycan Premyer Liqasının V turunda bu gün “Keşlə” ilə keçirəcəyi matça xüsusi formada çıxacaq.

Apasport.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, formanın ön hissəsində "Karabakh is Azerbaijan" (Qarabağ Azərbaycandır!) yazısı, arxa hissəsində isə Ermənistan ordusunun açdığı atəş nəticəsində həlak olmuş 13 yaşlı futbolçu Şəhriyar Qurbanovun adı həkk olunub.

Qeyd edək ki, “Sabah” – “Keşlə” qarşılaşması saat 15:30-da start götürəcək.
 

0