Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Bakının “Keşlə” klubu sonuncu yoxlama oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, mövsümün ikinci yarısına hazırlaşan Tərlan Əhmədovun yetirmələri Slovakiyanın “Zemplin” klubu ilə qarşılaşıb.
Bu, bakılıların qonşu ölkədə 3-cü sınağı olub. Almaniyanın “Zvikau” klubuna 1:4, Rusiya “Arsenal”ına 1:2 hesabı ilə uduzan paytaxt klubu bu dəfə oyuna fəal başlayıb.
8-ci dəqiqədə yeni transfer Aleksandr Kristovao slovakiyalıların qapısına yol tapıb. Lakin bakılılar üstünlüyünü qoruya bilməyib və görüş 1:1 hesabı ilə başa çatıb. Bununla da “Keşlə” Antalya toplanışını qələbə qazanmadan bitirib.
Qeyd edək ki, bu yoxlama oyunu ilə hazırlığı yekunlaşdıracaq “Keşlə” sabah Bakıya dönəcək.
Yoxlama oyunu
24 yanvar
13:00. “Keşlə” – “Zemplin” (Slovakiya) – 1:1
Qol: Aleksandr Kristovao, 8
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı