“Keşlə”də ingiltərəli futbolçu
01.02.2022 - 19:47
“Keşlə” heyətinə daha bir futbolçu cəlb edib.
Apasport.az saytının məlumatına görə, bunu Bakı klubunun baş məşqçisi Sənan Qurbanov açıqlayıb.
Çalışdırıcı ingiltərəli hücumçu Natan Oduvanı transfer etdiklərini söyləyib: “Baxışa 4 futbolçu çağırmışdıq. Onlardan biri ilə - Natan Oduva ilə yaxın günlərdə müqavilə imzalayacağıq”.
Qeyd edək ki, 26 yaşlı vingerin son klubu “Dandolk” olub. Oduva İrlandiya klubundan ötən ilin yanvarında ayrılıb.
0
0