“Liverpul” aparıcı müdafiəçisini itirdi
18.03.2022 - 23:29
“Liverpul” aparıcı müdafiəçisini itirdi

“Liverpul” müdafiəçisi Trent Aleksander-Arnoldun xidmətindən məhrum qalıb.

Apasport.az saytının məlumatına görə, bunu “qırmızılar”ın baş məşqçisi Yurgen Klopp açıqlayıb.

Almaniyalı mütəxəssisin sözlərinə görə, 24 yaşlı sağ cinah müdafiəçisi zədə səbəbindən bir neçə həftə komandasına kömək edə bilməyəcək. İngiltərə millisinin qarşıdakı təlim-məşq toplanışından kənarda qalacaq “mersisaydlılar”ın aparıcı müdafiəçisinin Premyer Liqanın “Mançester Siti” ilə prinsipial matçında iştirakı sual altına düşüb.

Qeyd edək ki, XXXII turun “Mançester Siti” – “Liverpul” görüşü aprelin 10-da keçiriləcək.