“Liverpul” ev seriyasını 50-yə çatdırdı
30.12.2019 - 00:05
İngiltərənin “Liverpul” klubunun öz meydanındakı məğlubiyyətsiz oyunlar seriyası 50-yə çatıb.
Apasport.az saytının məlumatına görə, XX turda “Vulverhempton”u 1:0 hesabı ilə məğlub edən Yurgen Kloppun yetirmələri bununla da 100-ü yarılayıblar.
Bu 50 qarşılaşmada 40 qələbə qazanan mersisaydlılar 10 dəfə heç-heçə edib.
“Liverpul” İngiltərə çempionatları tarixində 3-cü nəticəyə imza atıb. Rekord “Çelsi”yə məxsusdur. London təmsilçisi 2004-08-ci illərdə 86 ev matçında uduzmayıb. “Liverpul”un özü isə 1978-80-ci illərdə 63 dəfə öz meydanında xal qazanıb.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0